featured-image-17936

Dünya çempionatında əla performans ortaya qoyan Qana yığmasının və “Ayaks”ın yarımmüdafiəçisi Muhammed Kudus yeni təkliflər alıb.

Msport.az “De Telegraaf”a istinadən xəbər verir ki, “Liverpul” və “Everton” 22 yaşlı futbolçunun xidmətlərində maraqlıdır.

İngiltərə klubları mundial başa çatdıqdan sonra transferlə bağlı danışıqlara başlamağı planlaşdırırlar.

Xatırladaq ki, Kudus Qana millisinin heyətində DÇ-2022-nin qrup mərhələsinin ilk iki oyununda iştirak edib. Portuqaliya ilə ilk görüşdə məhsuldar ötürmə verən futbolçu Cənubi Koreya ilə matçda isə dubl edib.

Qana qrup mərhələsində son oyununu dekabrın 2-də Uruqvaya qarşı keçirəcək.

Bənzər xəbərlər