featured-image-28519

“Çelsi”nin futbolçusu Xalidu Kulibali yayda komandasını dəyişə bilər.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, seneqallı müdafiəçi “Yuventus”un maraq dairəsinə düşüb. “Qoca sinyora”nın baş məşqçisi Massimliyano Alleqri artıq futbolçuyla ilkin danışıqlar apararaq onu Turinə dəvət edib. “Çelsi” Kulibalini 25 milyon avroya satmağa hazır olduğunu bildirib.

Xalidu daha öncə İtaliyada “Napoli”nin şərəfini qoruyub.

Qeyd edək ki, Kulibali cari mövsüm ərzində keçirdiyi 31 matçda 2 qol vurub və 1 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər