featured-image-21244

“Arsenal”ın və Fransa futbolunun əfsanəsi Tyeri Anri “Mançester Yunayted”in baş məşqçisi Edrik ten Haq haqqında müsbət fikirlər səsləndirib.

Msport.az “Daili Express”ə istinadən xəbər verir ki, 1998-ci ilin dünya çempionu niderlandlı mütəxəssisi “Barselona”ya təklif edibmiş:

“Mən şadam ki, “Arsenal” “Mançester Yunayted”lə oyundan qalib ayrıldı. Onlar ikinci hissədəki oyunları ilə qələbə layiq idilər. Ancaq qulaq asın, “Yunayted” ten Haqın dövründə tamamilə fərqli bir komanda kimi görünür.

Düzü deyim ki, mən ten Haqın böyük fanatıyam. “Barselona” Kumanı istefaya göndərdikdən sonra Laportaya onu məsləhət görmüşdüm. O dahidir”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər