featured-image-26498

Kürasao millisinin futbolçuları Argentina ilə yoldaşlıq oyunundan əvvəl Lionel Messidən xahiş ediblər ki, bütün heyətə (23 nəfər) formasını paylasın.  Msport.az xəbər verir ki, yerli mətbuata müsahibə verən oyunçulardan biri zarafatla deyib ki, forma üstündə dava eləməyə belə hazır idilər:

“Bizim Messi üçün müraciətimiz var. Komandamızda 20-dən çox futbolçu var, zəhmət olmasa, bizə Leonun 23 formasını verin. Əgər birini alsaq, bir-birimizlə dalaşacağıq” – müdafiəçi Kuko Martina belə deyib.

Kürasao yığmasının məşçisi Remko Bisentini də mətbəuat konfransında ulduz futbolçunun futbolkasını arzuladığını dilə gətirib: “Fikirləşirəm ki, Messi oyundan sonra formasını mənə verər. Kürasaonun bütün futbolçuları dünyanın ən yaxşı komandası ilə qarşılaşdıqlarına görə çox şaddırlar. Bu komandanın heyətində planetin ən yaxşı oyunçusu çıxış edir”.

Lakin Kürasao millisinin bütn futbolçularının və məşçilərinin arzusu həyata keçməyib. Argentina yığmasının kapitanı oyundan sonra yeganə formasını rəqib komandanın qapıçısı Eloy Ruma verib. “Messi mənə dedi ki, bir neçə yaxşı seyv etdin, Onun formasını heç vaxt çıxarmayacam. Onunla yatacam” – qapıçı bildirib.

Rum matçdan sonra Messinin forması ilə şəklini paylaşaraq, “arzular reallaşır” yazıb.

Xatırladaq ki, Argentina Kürasao üzərində 7:0 hesabı ilə qələbə qazanıb. Messi het-trik edib.

ANAR

media-16800956281734304078

 

Bənzər xəbərlər