Kurban Berdiyev: “Nəticələr bizi qane etmir, amma…”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının VII turunda səfərdə “Şamaxı” ilə 2:2 hesablı heç-heçə edib.
Msport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.
– Əsas heyətin bir neçə üzvü ehtiyatda idi. Bunun xüsusi səbəbi var?
– Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qadiriyə də şans vermək və onları meydanda görmək istədik.
– Qapıçı dəyişikliyi Konovalovun ötən oyundakı səhvinə görə idi?
– Xeyr. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən.
– Komandanın enişdə olduğunu demək olar?
– Xeyr. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik.