Kurban Berdıyevin yeni iş yeri bəlli oldu
Rusiya Premyer Liqasında çıxış edən “Soçi”nin yeni baş məşqçisi rəsmiləşib. Msport.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, komanda Kurban Berdıyeva tapşırılıb.
70 yaşlı mütəxəssislə müqavilənin detalları hələ açıqlanmayıb. Berdıyev son olaraq Təbriz təmsilçisi “Traktor”un sükanı arxasında olub.
Qeyd edək ki, Kurban Berdiyev 2001 – 2013 və 2017 – 2019-cu illərdə Rusiyanın “Rubin” komandasına rəhbərlik edib. Mütəxəssis 2014 – 2017-ci illərdə “Rostov”da da işləyib.







