featured-image-33097

Kurban Berdıyev Mahaçqala “Dinamo”sunun baş məşqçisi təyin olunub.

Msport.az xəbər verir ki, 70 yaşlı mütəxəssis son dəfə “Soçi” klubunda işləyib.
O, həmin komandadan bu ilin aprelində ayrılıb.
Berdıyev “Rubin” və “Rostov”dakı fəaliyyəti ilə tanınıb. Təcrübəli məşqçi Kazan klubu ilə 2 dəfə Rusiya çempionu olub.

Qeyd edək ki, “Dinamo” Rusiya çempionatının l divizionunda mübarizə aparır.

Bənzər xəbərlər