Kurtinaytis yenidən Azərbaycanda!
Rimas Kurtinaytis yenidən ölkəmizdə çalışacaq.
Msport.az xəbər verir ki, olimpiya və Avropa çempionu olan mütəxəssis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub.
63 yaşlı litvalı məşqçi ilə 1,5 illik müqavilə imzalanıb. Əfsanəvi basketbolçu oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.
O, 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Rimas Kurtinaytis 2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.
Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.