featured-image-26554

“Real”ın qapıçısı Tibo Kurtua komanda ilə məşqlərə başlayıb. Msport.az “Football Espana”ya istinadən xəbər verir ki, qolkiper “Valyadolid”ə qarşı oynaya biləcək.

Belçika millisinin düşərgəsində zədələnən futbolçu Madrid klubunun bugünkü məşqində iştirak edib.

Kurtuanın aprelin 5-də keçiriləcək “Real”la İspaniya kubokunun yarımfinal oyununda start heyətində olması gözlənilir.  İspaniya La Liqasının aprelin 2-də olacaq 27-ci turunun görüşünə də qapıçının hazır olması planlaşdırılır.

Kurtua cari mövsümdə İspaniya çempionatında 20 oyunda 18 top buraxıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər