featured-image-60472

Belçika millisinin yeni baş məşqçisi Rudi Qarsiya qapıçı Tibo Kurtuanı komandaya qaytarmaq istəyir.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis bu barədə açıqlamasında bildirib.

Fransalı çalışdırıcı onun ölkənin ən yaxşı oyunçularından biri olduğunu söyləyib:

“Hələ də yaxşı qapıçılarımız var. Amma məncə, Tibo dünyanın ən yaxşı qapıçısıdır. Ona güvənməliyik”

Qeyd edək ki, Tibo Kurtua Belçika yığmasının sabiq baş məşqçisi Domeniko Tedesko ilə münaqişəyə görə millidəki karyerasını bitirdiyini açıqlamışdı.

Bənzər xəbərlər