featured-image-26212

AÇ-2024-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasının qapıçısı Tibo Kurtua zədəyə görə komandanın düşərgəsini tərk edib. Msport.az xəbər verir ki, qolkiper “Real”ın sıralarına qayıdıb.

Həkimlər korpusu əzələsində gərginlik olduğu üçün risk etməyərək Kurtuanı millidən buraxıblar. 30 yaşlı futbolçu martın 24-də İsveçlə AÇ-2024-ün seçmə oyununda (3:0) forma geyinib.

Tibo martın 28-də Almaniya ilə yoxlama oyununu buraxacaq.

ANAR

Bənzər xəbərlər