featured-image-44564

İspaniyanın “Real” klubunun və Belçika millisinin qapıçısı Tibo Kurtua zədəsini tam sağaldıb.

Msport.az xəbər verir ki, bu barədə “Rodra” nəşri məlumat yayıb.

Təcrübəli qolkiperin apreldə yaşıl meydanlara qayıda biləcəyi vurğulanıb.

Kurtua mövsümöncəsi çarpaz bağını cırıb və 2023/24 mövsümündə bir dənə də olsun oyuna çıxmayıb. Bu müddət ərzində Madrid təmsilçisinin qapısını növbə ilə Andrey Lunin və Kepa Arrizabalaqa qoruyub.

Bənzər xəbərlər