featured-image-60781

Belçika millisinin və “Real”ın qapıçısı Tibo Kurtua yığmaya qayıtmaq perespektivini şərh edib. Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper millinin baş məşqçisi Tibo Kurtuaya görə belə qərar vermişdi.

O, Belçika seçməsinin yeni çalışdırıcısı Rudi Qarsiya ilə qısaca söhbət etdiyini deyib: “O, yaxın vaxtlarda Madridə gələcək. Heç vaxt komandadakı yoldaşlarımla problem yaranmadı. Bu münaqişə sırf keçmiş baş məşqçi ilə idi. Mənim məqsədim 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaqdır. Həmişə hədəfim bu idi, lakin baş məşqçi ilə fikirlərimiz üs-üstə düşmədi. Sonda mən haqlı oldum.

Ukrayna millisi ilə görüşdə iştirak edəcəm? (Millətlər Liqası çərçivəsində görüş martın 20-də olacaq-red.) Görək, məşqçi mənə zəng edəcəkmi?” (gülür).

 

Bənzər xəbərlər