“Kurtuanın qərarından məyus olduq” – Belçika millisinin üzvü
Belçika millisinin yarımmüdafiəçisi Yannik Karrasko qapıçı Tibo Kurtuanın yığmanın düşərgəsini tərk etməsinə münasibət bildirib.
Msport.az xəbər verir’ ki, qolkiper baş məşqçi Domeniko Tedesko ilə mübahisəyə görə, AÇ-2024-ün seçmə mərhələsinin oyunları vaxtı komandanın bazasından gedib.
“Biz artıq təxminən bildik ki, nə baş verib. Məşqçi ilə görüşümüz oldu və o, bizimlə kifayət qədər açıq danışdı. Hələ ki Kurtua ilə söhbət etmək imkanımız olmayıb. Lakin onun qərarından məyus olduq. O, axı komandanın lideridir, 3 kapitandan biridir. Kapitan sarğısı sadə detaldır.
Sən göstərməlisən ki, kapitansan və lidersən. O, getməyi qərara aldı. Zədəsi var idimi? Bunu bilmirik.
Lakin onun getmə səbəblərindən biri kapitan sarğısı idi” – Karrasko belə deyib.
Qeyd edək ki, Kurtua Kevin de Brüynenin yoxluğunda kapitan sarğısının Romelu Lukakuya verilməsinə görə, baş məşqçi ilə mübahisə edib.
Belçika AÇ-2024-ün seçmə mərhələsində yığmamızla bir qrupda mübarizə aparır.