featured-image-24589

“Real”ın sabiq futbolçusu Quti Xviça Kvaratsxeliyanın müsahibəsinə münasibət bildirib. Msport.az xəbər verir ki, “Napoli”nin gürcü vingeri qeyd etmşdi ki, uşaqlaqda onun kumiri Quti olub. O, Madrid klubunun formasını tapmadığını, ağ futbolkanın arxasına markerlə 14 yazdığını xatırlamışdı.

Qutinin buna cavabı gecikməyib: “Mən Kvaratsxeliyanın kumiriyəm? Kvara, “Real”a gəl, sənə formamı göndərəcəm”.

“Real”ın yetirməsi olan Quti bu komandada 1995-2010-cu illərdə çıxış edib. Sonra bir il “Beşiktaş”da oynayan futbolçu karyerasını da orda başa vurub. O, “kral klubu”nda 11 titul qazanıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər