featured-image-16357

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasının 13-cü turunda “Atalanta” ilə oyunu buraxacaq.

Msport.az xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb.

Gürcü oyunçu sözügedən oyun üçün açıqlanmış heyətə daxil edilməyib. Buna onun belində kəskin ağrıların olması səbəb göstərilib. Kvaratsxeliyanın bərpası müddəti barədə məlumat verilməyib.

21 yaşlı futbolçu bu mövsüm “Napoli”nin heyətində 17 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

“Atalanta” – “Napoli” oyunu noyabrın 5-də keçiriləcək.

Bənzər xəbərlər