Kvaratsxeliya azarkeşlərdən üzr istədi
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasının 1\4 final mərhələsinin “Milan”la oyununda (1:1) penaltini yerinə yetirə bilmədiyinə görə azarkeşlərdən üzr istəyib. Msport.az xəbər verir ki, Gürcüstan yığmasının futbolçusu bununla bağlı instaqramda paylaşım edib:
“Sizin gözlərinizdəki yaşı görmək mənim üçün ağırdır. Mən sizə sevinc bəxş edə bilmədim. Bu günkü təcrübədən dərs çıxarmağa çalışacam.
Çox təəssüflənirəm, hər saniyə hiss etdiyim dəstəyə görə təşəkkür edirəm. Sizin hamınızı çox sevirəm. Söz veriəm ki, biz daha güclü qayıdacağıq. Qarşıda çox oyunlar var, odur ki, xəyallar davam edir”.
ANAR ABDULLAYEV







