Kvaratsxeliya “Barselona” ilə oyunu buraxacaq
PSJ-nin aparıcı futbolçularından Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında növbəti oyunu buraxacaq.
Msport.az xəbər verir ki, gürcü oyunçu zədə səbəbindən “Barselona” ilə səfər matçında iştirak etməyəcək.
O, “Oser”ə iki cavabsız qolla qalib gəldikləri Liqa 1-in VI turunun matçında sıradan çıxıb.
Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin II turunun “Barselona” – PSJ matçı sabah keçiriləcək.