featured-image-82421

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya 2025/26 mövsümündə Çempionlar Liqasının ən yaxşı oyunçusu mükafatını alıb.

Msport.az xəbər verir ki, Gürcüstan millisinin futbolçusuna mükafat yeni turnirin ümumi mərhələsinin birinci turunda Bratislavanın “Slovan” komandasına qarşı keçirilən matçdan əvvəl təqdim olunub.

Görüş PSJ-nin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Kvaratsxeliya ehtiyatda qalıb və meydana çıxmayıb. Ötən mövsüm gürcü futbolçu Çempionlar Liqasında 16 matç keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Kvaratsxeliya həmçinin 1:1 hesabı ilə başa çatan “Arsenal”a qarşı final oyununda cavab qolunun vurulması ilə nəticələnən penaltinin qazanılmasına səbəb olub. Finalda Xviçanın komandası penaltilər seriyasında qalib gələrək ikinci dəfə kuboku qazanıb.

Turnirin yekunlarına əsasən Kvaratsxeliya 2025/26 mövsümündə Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib.

Bənzər xəbərlər