Kvaratsxeliya ilk maaşını atasının əməliyyatına xərcləyib
Hazırda PSJ-də çıxış edən Xviça Kvaratsxeliya ilə bağlı maraqlı fakt üzə çıxıb.
Msport.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Moskva “Lokomotiv”indən aldığı ilk maaşı atasının ürək əməliyyatına xərcləyib.
Bu barədə Xviçanın atası, Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliya “The Athletic” nəşrinə müsahibəsində deyib.
“18 yaşı təzəcə tamam olmuşdu. Moskvaya köçdü. Çətin dövr idi. Sonra məlum oldu ki, təcili ürək əməliyyatına ehtiyacım var. Ailədə pul yox idi. Xviça maaşını alan kimi dərhal tərəddüd etmədən mənim hesabıma köçürdü. Dərhal əməliyyat olundum. O, dünyanın ən yaxşı övladıdır”.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2019-cu ildə “Lokomotiv”in formasını feyinib.