featured-image-29349

Xviça Kvaratsxeliya “Napoli” ilə yeni müqavilə bağlamağa yaxındır. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

Gürcüstan milllisinin üzvünün hazırkı müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Tərəflər anlaşmanı daha bir illiyinə uzadacaqlar. Nəticədə, Kvaratsxeliyanın illik maaşı 1,1 milyon avrodan 3 milyon avroya yüksələcək.

Xviça bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 38 oyunda 14 qol vurub və 16 məhsuldar ötürmə verib.

“Trensfermarkt” saytı onun dəyərini 85 milyon avro qiymətləndirir. O, “Napoli”yə 2022-ci ildə keçib.

ANAR

Bənzər xəbərlər