featured-image-65887

PSJ ilə Çempionlar Liqasının qalibi olan Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Müqəddəs Georgi adına “Qələbə” ordeni ilə təltif olunacaq.

Msport.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

“Mən Xviça Kvaratsxeliyanı Çempionlar Liqasının qalibi olması münasibəti ilə təbrik etmək istərdim. Bu, futbolun zirvəsidir. Təbii ki, Xviça Kvaratsxeliyanın qazandığı bu qələbə hər birimiz üçün xüsusi qürur mənbəyidir. Bu, bütün ölkəmizin qələbəsidir və hər bir azarkeş bunu belə qəbul etdi. Əminəm ki, bu, onun bir neçə dəfə çatacağı ən yüksək zirvələri fəth etməyin başlanğıcıdır.

Bizim bir ənənəmiz var – idmançılarımız böyük nailiyyətlər əldə edəndə onlara ali dövlət mükafatlarını təqdim edirik. İnanıram ki, Çempionlar Liqasının qalibi məhz belə mükafata layiqdir. Keçən il o, yığmada qazandığı uğura görə “Şərəf” ordeni ilə təltif olunub, indi isə Çempionlar Liqasının qalibi olduğu üçün  “Müqəddəs Georgi” adına “Qələbə” ordeni alacaq. İnanıram ki, bu, onun dövlətdən alacağı çox layiqli mükafatdır. Bu məsələ ilə bağlı biz Gürcüstan prezidenti, parlamentin sədri ilə məsləhətləşmələr apardıq və yekdilliklə bu qərarı verdik. Gürcüstan prezidenti onu ali dövlət mükafatı – Müqəddəs Georgi adına “Qələbə” ordeni ilə təltif edəcək” – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə məğlub edib və qollardan birini məhz Kvaratsxeliya vurub.

Bənzər xəbərlər