featured-image-41333

İtaliyanın “Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliya uğurlu driblinqlərin sayına görə Çempionlar Liqasının qrup mərhələsində birinci olub.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçinin qrup oyunlarındakı 46 cəhdi dəqiq alınıb.

22 yaşlı oyunçu Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappeni cəmi 2 driblinq ilə qabaqlayıb. İlk üçlüyü İtaliyanın “Milan” klubunun portuqaliyalı hücumçusu Rafael Leau (36 driblinq) tamamlayıb.

Qeyd edək ki, 80 milyon avro qiyməti olan Xviça Kvaratsxeliya İtaliya A Seriyasının ən bahalı dördüncü oyunçusudur.

Bənzər xəbərlər