Kvaratsxeliyanın adı yeni doğulmuş uşağa qoyuldu
“Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliyanın şərəfinə yeni doğulmuş uşağa onun adı qoyulub.
Msport.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, Neapol sakinlərindən biri dünyaya göz açmış oğlunu Daniele Xviça adlandırıb.
Maraqlısı isə ondadır ki, uşağın atası isə klubun əfsanəvi futbolçusu Dieqo Armando Maradonanın şərəfinə adlandırılıb.
Qeyd edək ki, mövsümün əvvəlində “Napoli”yə keçən futbolçu keçirdiyi 24 oyunda 12 qol vurub, 10 assist edib.
Royal Türksoy







