featured-image-16310

İtaliyanın “Napoli” klubunun hücumçusu Xviça Kvaratsxeliyanın evi qarət edilib.

Msport.az xəbər verir ki, hadisə Neapol təmsilçisinin UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutan İngiltərə “Liverpul”u ilə səfər oyunu zamanı baş verib.

Gürcüstanlı vingerin villasına daxil olan soyğunçular onun şəxsi avtomobilini oğurlayıblar.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

Bənzər xəbərlər