featured-image-44442

“Napoli”nin vingeri Xviça Kvaratsxeliyanın nümayəndələri müqavilənin uzadılması ilə bağlı klub nümayəndələri ilə danışıqlar aparırlar. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, Gürcüstan millisinin üzvünün yeni anlaşması 2029-cu ilə kimi ola bilər. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununa kimi nəzərdə tutulub. 23 yaşlı futbolçu yeni anlaşmaya imza atarsa, maaşı xeyli artacaq.

Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin Xviçaya maraq göstərməsi barədə xəbərlər yayılmışdı.

Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 34 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə verib.

 

 

Bənzər xəbərlər