featured-image-26424

AVRO-2024-ün seçmə mərhələsində II turun oyunları davam edir.

Msport.az xəbər verir ki, Gürcüstan millisi A qrupunda ilk oyununu keçirib. Evdə Norveçi qəbul edən gürcülər 1:1 hesablı sülhə razılaşıblar.

Meydan sahiblərinin heyətində “Neftçi”nin müdafiəçisi Solomon Kverkveliya 90 dəqiqə mübarizə aparıb. “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili və “Sabah”ın hücumçusu Davit Volkov isə ehtiyatda qalıb.

Qeyd edək ki, bu heç-heçədən sonra Gürcüstan yığması 1 xalla 4-cü pillədə qərarlaşıb. 2 oyundan sonra eyni xalı olan Norveç isə 3-cü sırada yer alıb.

Bənzər xəbərlər