featured-image-28982

İtaliya millisinin sabiq üzvü, hazırda “Los Anceles”də çıxış edən Corcio Kyellini Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcək “Milan” və “İnter”i dəyərləndirib.

Msport.az xəbər verir ki, uzun illər “Yuventus”un şərəfini qoruyan futbolçu bu cütdə hansı komandanı favorit hesab elədiyini açıqlayıb:

“Milan derbisində eyni səviyyəli komandaların mübarizəsini izləyəcəyik. Lakin seçim etməli olsam, “İnter”ə üstünlük verərdim. Məncə, “neradzurri”nin bir qədər üstünlüyü var, çünki onlar belə oyunlarda güclüdürlər”.

Mayın 10-da keçiriləcək ilk oyunda meydan sahibi “Milan” olacaq. Cavab matçı mayın 16-da keçiriləcək.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər