featured-image-67553

“Liverpul”un futbolçusu Federiko Kyeza İtaliyaya qayıda bilər.

Msport.az xəbər verir ki, “qırmızılar”ın ötən yay “Yuventus”dan transfer etdikləri oyunçunun xidmətində “Atalanta” maraqlıdır.

Berqamo təmsilçisi 27 yaşlı vingeri sonradan 12 milyon avro ödəyərək transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək istəyir. “Atalanta” yaxın günlərdə İngiltərə nəhəngi ilə danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, Kyezanın “Liverpul”la müqavilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Bənzər xəbərlər