Kyeza “Yuventus”dan ayrılmaq istəyir
“Yuventus”un futbolçusu Federiko Kyeza klubu dəyişə bilər.
Msport.az xəbər verir ki, italyan hücumçu bu yay Turin komandasını tərk etmək barədə qərar verib. “Qoca sinyora” Kyezanı 35 milyon avroya satmağa hazırdır.
25 yaşlı futbolçunun transferində “Bayern Münhen”, “Liverpul” və “Nyukasl” maraqlıdır.
Qeyd edək ki, Kyeza son mövsüm ərzində A Seriyasında keçirdiyi 21 oyunda 2 qol və 5 assistlə yadda qalıb.
Royal Türksoy







