"L`Equipe": "Zidan Braziliya millisini çalışdıra bilər"
Zinəddin Zidan Braziliya millisinin baş məşqçi postuna əsas namizədlərdən biri sayılır.
Msport.az xəbər verir ki, bu iddia ilə Fransanın “L`Equipe” nəşri çıxış edib.
Mənbənin sözlərinə görə, yerli federasiya hazırda işsiz olan əcnəbi mütəxəssislə maraqlanır. Zidandan başqa, Maurisio Poçettino, Tomas Tuhel, Rafael Benites də namizədlər sırasında nəzərdən keçirilir. “Real”ın baş məşqçisi Karlo Ançelottinin adı siyahıda olsa da, italiyalı məşqçi Madrid klubundan ayrılmaq istəməyib. Onun müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.
Zidan ötən il “Real”dan getdikdən sonra işsizdir. Onun adı Didye Deşamın yerinə əsas namizəd kimi göstərilsə də, Fransa yığmasının DÇ-2022-nin finalına çıxmasından sonra baş məşqçi postunda dəyişiklik olmayacaq.







