featured-image-29286

“Sevilya”nın hücumçusu Yussuf Ən-Nəsiri aprel ayında La Liqanın ən yaxşı futbolçusu sayılıb. Msport.az xəbər verir ki, Andalusiya klubu ötən ay 15 mümkün xaldan 13-nü toplayıb. Mərakeşli hücumçu bu oyunlarda 3 qol vurub.

“Sevilya” “Kadis”, “Valensiya”, “Vilyarreal” və “Atletik”lə matçlarda qələbə qazanıb. Yeganə heç-heçə “Selta” ilə görüşdə qeydə alınıb.

Xatırladaq ki, martda ən yaxşı oyunçu “Atletiko”nun hücumçusu Antuan Qrizmann seçilmişdi.

Ən-Nəsiri son dəfə bu mükafatı 2021-ci ilin yanvarında əldə edib.

ANAR ABDULLAYEV

 

 

Bənzər xəbərlər