featured-image-25286

La Liqa FİFA-nın dünya çempionatının (DÇ) formatının dəyişdirilməsi qərarına etiraz edir.

Msport.az xəbər verir ki, DÇ-2026-da 46 komanda mübarizə aparacaq. Mundial 39 gün ərzində davam edəcək, oyun sayı isə 104 olacaq.

La Liqa bəyanatında vurğulayıb ki, FİFA bir tərəfli qərarlar verməklə yerli çempionatların və futbol ictimaiyyətinin mövqeyini nəzərə almır:

“Bu cür qərarlar dünyanın bütün liqalarına maddi ziyan vurur, FİFA isə iqtisadi itkiləri nəzərə almır. Bu, onsuz da sıx təqvimi bir qədər də gərginləşdirir”.

Qeyd edək ki, dekabrda La Liqa FİFA-nı İdman Arbitraj Məhkəməsinə verib. Buna səbəb klublar arası dünya çempionatının yeni formatda keçirilməsi ilə bağlı qərardır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər