La Liqa klubları “Real”ı tənqid edir
İspaniyanın “Real” klubunun prezidenti Florentino Peresin yaratdığı Birləşmiş Liqa turniri etirazlara səbəb olub.
Msport.az “Defensa Сentral”a istinadən xəbər verir ki, layihə La Liqa təmsilçiləri tərəfindən kəskin tənqid edilib.
Onların bu turnirdə iştirak etmək istəmədiyi bildirilib.
Qeyd edək ki, əvvəlcə 2021-ci ildə Superliqa layihəsinə Avropanın 12 nəhəng komandası qoşulmuşdu. Lakin FIFA və UEFA-nın sanksiya təhdidindən sonra klublar geri addım atıblar. Hazırda UEFA və FIFA-ya tabe olmayan Avropa Superliqası layihəsindən yalnız İspaniyanın “Real” və “Barselona” klubları ayrılmayıb.