La Liqa klublarının futbolçuları ABŞ-da oynamaq istəmirlər
La Liqa klublarının kapitanları ABŞ-da oyunların keçirilməsi ilə bağlı açıqlama tələb ediblər.
Msport.az xəbər verir ki, İspaniya Futbol Federasiyası (RFEF) UEFA-ya “Barselona” ilə “Vilyarreal” arasında La Liqanın 17-ci tur matçının Mayamidə keçirilməsi ilə bağlı sorğu göndərib.
Bu görüş dekabrın 20-nə planlaşdırılıb. La Liqa klublarının heç bir kapitanı bu planlardan xəbərdar olmayıb. Futbolçular oyunun yerinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumat tələb ediblər. Onların bir neçə tələbi yerinə yetirilməsə, ABŞ-da oyunun keçirilməsinə və ümumilikdə La Liqa matçlarının ölkə xaricində oynanılmasına qarşı çıxa bilərlər.