La Liqa klubu Ardanı icarəyə götürmək istəyir
“Real”da çıxış edən Türkiyə millisinin futbolçusu Arda Güler İspaniyada klubunu dəyişə bilər.
Msport.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Las Palmas” 18 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, mövsümün əvvəlində paytaxt təmsilçisinə keçən oyunçu bir müddət zədədən əziyyət çəkib. O, hazırda əsas heyətə düşməkdə çətinlik çəkir.