featured-image-21148

“Espanyol” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Maynts” klubunun müdafiəçisi Ronael Pyer-Qabrieli heyətinə cəlb edib.

Fransadan olan 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

2019-cu ildən “Maynts”da olan Pyer-Qabriel Bundesliqa təmsilçisinin heyətində cəmi 8 matça çıxıb. “Sent Etyen”in yetirməsi olan sağ cinah müdafiəçisi “Monako”dan başqa “Brest” və “Strasburq”da da oynayıb.

“Espanyol” öz sağ cinah müdafiəçisi Migel Xuan Lambriçi isə “Karaxena”ya icarəyə verib. İspaniyadan olan 27 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. “Vilyarreal”ın yetirməsi olan Migelon 2020-ci ilin avqustundan formasını geyindiyi “Espanyol”da 25 oyuna çıxıb. O, ölkəsində “Real Ovyedo” və “Hueska”nın da formasını geyinib.

Bənzər xəbərlər