featured-image-42220

İspaniyanın “Betis” klubu futbolçusu Andres Quardado ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Meksikalı oyunçu karyerasını ölkəsində “Leon”da davam etdirəcək.

Qeyd edək ki, Quardado 2017-ci ildən “Betis”də çıxış edir. O, komandanın heyətində 218 oyun keçirib, 5 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Meksikalı əvvəllər “Atlas”, “Deportivo”, “Valensiya”, “Bayer” və PSV klublarında çıxış edib.

Bənzər xəbərlər