La Liqa klubunda baş məşqçi ayrılığı
Karloş Karvalhal “Selta”nın baş məşqçi postunu tərk edib.
Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 2022-ci ilin noyabrından komandanı çalışdırırdı. Onun klubla müqaviləsi 2024-cü ilə qədər hesablanıb. Karvalhalın rəhbərliyi altında komanda 10 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 11 dəfə məğlub olub.
Qeyd edək ki, “Selta” La Liqanı 13-cü pillədə başa vurub.
Royal Türksoy







