featured-image-32417

“Rayo Valyekano”nun yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, İspaniya klubu Fransisko Xavyer Rodriqeslə anlaşıb. Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, əvvəlki baş məşqçi Andoni İraola “Bornmut”a yollanıb.

45 yaşlı mütəxəsssis “Jirona”, “Almeriya”, “Elçe” kimi klublarda işləyib.

“Rayo Valyekano” ötən mövsüm İspaniya La Liqasında 12-ci yeri tutub.

ANAR 

Bənzər xəbərlər