La Liqa klubunda yeni müqavilə
İspaniyanın “Atletik” klubu baş məşqçisi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb
Msport.az klubun saytına istinadən xəbər verir ki, yeni müqavilə daha bir mövsüm – 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, E.Valverde 2022-ci ilin iyunundan La Liqa təmsilçisini çalışdırır.
La Liqada bu mövsümünün başa çatmasına iki tur qalmış “Atletik” 36 oyundan 62 xalla 5-ci yerdədir. Komanda ən azı 6 yeri təmin edib ki, bu da klubun gələn mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakına zəmanət verir.