featured-image-21590

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Jirona” klubunun yarımmüdafiəçisi Samuel Saysı transfer edib.

İspaniyadan olan 32 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Madrid “Real”ının yetirməsi olan sol cinah vingeri karyerası ərzində “Sevilya”, “Melilya”, “Xetafe”, “Almeriya”, “Atletiko” (Madrid), “Hueska”, “Lids” və “Xetafe” kimi klubların da formasını geyinib. O, 2019-cu ildən formasını geyindiyi “Jirona”da 119 oyuna 12 qol vurub.

Yeri gəlmişkən, “Jirona” digər yarımmüdafiəçisi Manuel Valyexonu da “Real Ovyedo” komandasına icarəyə verib. 25 yaşlı vinger bu mövsümün sonuna qədər icarədə oynayacaq. Valyexo “Kadis”in yetirməsidir. O, “Valensiya” və “Alaves”də də forma geyinib. “Jirona”ya 2022-ci ildə gələn ispan futbolçu bu komandada cəmi 8 matça çıxıb.

Bənzər xəbərlər