featured-image-15682

İspaniya “Vilyarreal”ının yeni baş məşqçisi bəlli olub.

Msport.az xəbər verir ki, La Liqa təmsilçisi Kike Setyenə tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

İspaniyalı baş məşqçi bu vəzifədə İngiltərənin “Aston Villa” komandasının sükanı arxasına keçən həmyerlisi Unay Emerini əvəzləyib.

Xatırladaq ki, Kike Setyen 2020-ci ildə “Barselona”dan ayrıldıqdan sonra işsiz idi.

Bənzər xəbərlər