featured-image-43723

İspaniyanın “Almeriya” klubu La Liqa tarixində antirekorda imza atıb.

Msport.az xəbər verir ki, ölkə çempionatının son turunda səfərdə “Qranada” ilə 1:1 hesablı heç-heçə edən komandanın qələbəsiz oyunlar seriyası 28-ə çatıb.

Bu, İspaniya çempionatları tarixində ən uzun uğursuz seriyadır.

Qeyd edək ki, “Almeriya” hazırda 8 xalla sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər