La Liqada ayın ən yaxşı futbolçusu
İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Msport.az xəbər verir ki, “Atletiko”nun hücumçusu Antuan Qrizman bu ada layiq görülüb.
Fransalı forvard cari mövsüm ilk dəfə bu ada sahib çıxıb.
Qeyd edək ki, Qrizman noyabrda üç matçda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.







