featured-image-45708

İspaniya La Liqasında martın ən yaxşı məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, “Vilyarreal”a rəhbərlik edən Marselino Toral ayın ən yaxşısı sayılıb.

O, səsvermə zamanı “Barselona”nın baş məşqçisi Xavi və “Real”dan olan həmkarı Karlo Ançelottini qabaqlayıb.

“Vilyarreal” martda hər 3 oyununu qələbə ilə başa vurub. Topların fərqi – 9-3.  Komanda bu ay “Qranada”, “Betis” və “Valensiya”nı məğlub edib.

58 yaşlı Marselino ötən ilin noyabrında “Vilyarreal”ın sükanı arxasına keçib.

 

Bənzər xəbərlər