featured-image-26690

İspaniya La Liqasında ən yüksək maaş alan futbolçular bəlli olub.

Msport.az “L Equipe” nəşrinə istinadən xəbər verir ki, siyahıya “Real Madrid”in hücumçusu Eden Azar başçılıq edir. Vaxtını demək olar ki, ehtiyatda keçirən belçikalı forvardın aylıq məvacibi 2,25 milyon avrodur.

İkinci pillədə “Barselona”nın polşalı hücumçusu Robert Levandovski qərarlaşıb – 2,17 milyon. İlk “üçlüy”ü 1,91 milyon avroluq maaşla onun komanda yoldaşı Serxio Buskets tamamlayır.

Sonrakı sıralama isə aşağıdakı kimidir:

4. David Alaba (“Real Madrid”) – 1,88 milyon avro

5-7. Vinisius Junior (“Real Madrid”), Jordi Alba (“Barselona”), Yan Oblak (“Atletiko”) – hamısı 1,67 milyon avro.

Cahid

Bənzər xəbərlər