featured-image-26632

İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu bəlli olub.

Msport.az xəbər verir ki, bu ada “Atletiko”nun hücumçusu Antuan Qrizmann layiq görülüb.

Fransalı hücumçu bu ay çempionatda meydana çıxdığı 3 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Cari mövsüm onun aktivində ümumilikdə 9 qol və eyni sayda assist var.

Qeyd edək ki, Madrid təmsilçisi 26 turdan sonra 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Cahid

Bənzər xəbərlər