featured-image-23861

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatını qazanacaqlarına ümid edir.

Msport.az xəbər verir ki, o, La Liqa və İspaniya kubokunda qələbəyə iddialı olduqlarını deyib:

“Əgər biz La Liqada çempion olsaq, mövsüm uğurlu sayılacaq. Hər şey öz əlimizdədir. Bizim mövqeyimiz yaxşıdır, həmçinin İspaniya kubokunda.
Biz titullar qazanmaq istəyirik. Bu 2 titulu əldə etsək, mövsümü uğurlu saya bilərik.

Əsas məyusluq Çempionlar Liqasından kənarda qalmağımız oldu. Lakin indi məqsədimiz çempionata və kuboka köklənmək’ .

ANAR ABDULLAYEV

Bənzər xəbərlər