La Liqanın iki klubuna transfer qadağası
FIFA İspaniyanın 2 klubunu cəzalandırıb.
Msport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Qurum La Liqa təmsilçilərindən “Malyorka” və “Rayo Valyekano”ya transfer qadağası qoyub.
Beləliklə, hər iki klub qış “transfer pəncərəsi” zamanı transfer hüququndan istifadə edə bilməyəcək.